Mirça Luçesku "Beşiktaş"ı çalışdırmağa hazırdır

ESTAFET/ Rumın mütəxəssis Mirça Luçesku "Beşiktaş"ın sükanı arxasına keçməyə hazırdır.

78 yaşlı Luçesku Türkiyə klubunun rəhbərliyi ilə razılığa gəlib və yaxın bir neçə həftə ərzində komandanın baş məşqçisi olacaq.

Luçesku bu vəzifədə, bir müddət əvvəl qovulmuş portuqal mütəxəssis Fernando Santosu əvəz edəcək və bu mövsüm "Beşiktaş"ın 5-ci məşqçisi olacaq.

Xatırladaq ki, Luçesku Kiyev “Dinamo”sundan ayrıldığını ötən ilin noyabrında açıqlamışdı.

Müəllif: Orxan NOVRUZOV