“Fənərbaxça”dan yeni transfer

ESTAFET/ "Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İstanbul təmsilçisi "Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabatı transfer edib. Super Liqa klubu 28 yaşlı mərakeşlini 2024/25 mövsümünün sonuna qədər icarəyə götürüb. Sözləşməyə birdəfəlik transfer bəndi də daxildir.

Amrabat ötən mövsüm icarədə olduğu “Mançester Yunayted”də 30 oyun keçirib.

Müəllif: Orxan NOVRUZOV