FIDE bir sıra yarışları təxirə saldı

ESTAFET/ Şahmat üzrə dünya çempionatları təxirə salınıb. Bu barədə qərarı FIDE verib.
Qurum 7 müxtəlif dünya çempionatı ilə bağlı qərar verib. Buna səbəb koronavirus pandemiyasıdır.
FIDE 2021-ci ildə təşkil edilməli olan çempionatları bir il sonraya təxirə salıb. Bu çempionatlar 2022-ci ildə baş tutmalıdır.
Təxirə salınan çempionatlar:
- Məktəblilər arasında dünya çempionatı (Panama)
- 14, 16, 18 yaşadək gənclər arasında dünya çempionatı (Rumıniya)
- 8, 10, 12 yaşadək kadetlər arasında dünya çempionatı (Gürcüstan)
- Veteranlar arasında dünya çempionatı (İtaliya)
- Komandalararası dünya çempionatı (İtaliya)
- 14, 16, 18 yaşadək gənclər arasında rapid və blits üzrə dünya çempionatı (Yunanıstan)
- 8, 10, 12 yaşadək gənclər arasında rapid və blits üzrə dünya çempionatı (Yunanıstan)
