“Real”a getməkdənsə, ölərəm”: Pike

ESTAFET/ “Barselona”nın vitse-kapitanı Jerar Pike növbəti dəfə maraqlı açıqlama ilə gündəmə gəlib. 34 yaşlı müdafiəçi əzəli rəqibləri “Real”a keçmə ehtimalı ilə bağlı sualı cavablandırıb.

İspaniya millisinin sabiq üzvü bunun mümkünsüz olduğunu söyləyib: “Bu, qətiyyən mümkün deyil. Heç vaxt. “Real”a getməkdənsə, ölməyi üstün tutaram”.

Qeyd edək ki, Jerar Pike 2008-ci ildən “Barselona”nın əsas komandasında çıxış edir.

Müəllif: Orxan NOVRUZOV