Millimizə Rusiyadan 2 futbolçu çağırıldı

ESTAFET/ 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Komanda dekabrın 4-dən 6-dək Bakıda, 6-dan 10-dək isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olacaq.

Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. Dekabrın 7-də və 9-da BƏƏ-nin U-18 komandası ilə qarşılaşmaya 25 futbolçu dəvət olunub. Lakin 22 nəfərlik yekun heyət Bakı toplanışından sonra müəyyənləşəcək. Futbolçuların əksəriyyəti ölkə daxilində çıxış edir. Yalnız iki nəfər Rusiyada çıxış edir. Bunlar "Kuban"da çıxış edən Sadiq Baqiyev və "Moskovskaya zastava"da çıxış edən Nahid Əliyevdir

Müəllif: Bəhruz MƏMMƏDOV