“Prezident Kuboku-2025” reqatası Füzulidə! - Avarçəkmə nümayişi və əyləncə dolu gün - VİDEO

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir təşkil olunacaq.
Aprelin 28-də saat 11:00-da Köndələnçay su anbarında keçiriləcək tədbirdə ziyarətçiləri maraqlı və yaddaqalan anlar gözləyir. Proqram çərçivəsində:
- Peşəkar avarçəkənlərin nümunəvi çıxışları,
- Uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar,
- Avarçəkmə qayıqları və trenajorlarda bacarığını sınamaq imkanı təqdim olunacaq.
Tədbirin əsas məqsədi avarçəkmə idman növünü geniş ictimaiyyətə tanıtmaq, eyni zamanda Füzuli sakinlərini idmanın bu maraqlı və dinamik sahəsi ilə yaxından tanış etməkdir.
Gəl, bax, öyrən və əylən – “Prezident Kuboku-2025” səni gözləyir!
