Qvardiolanın yubileyi Mourinyodan tez oldu

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının XIV turunda “Aston Villa”nın qonağı olan “Mançester Siti” 2:1 hesablı qələbə qazanıb.
Apasport.az saytının məlumatına görə, bu qarşılaşma “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın Premyer Liqada 150-ci qalibiyyəti ilə əlamətdar olub.
İspaniyalı mütəxəssisə yubileyə çatmaq üçün 203 görüş kifayət edib. Halbuki hazırda “Roma”nı çalışdıran Joze Mourinyo İngiltərədə eyni nəticəni əldə etmək üçün 230 qarşılaşmaya ehtiyac duyub.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən “Mançester Siti”nin sükanı arxasındadırsa, Mourinyo “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”ə rəhbərlik edib.
