Yeni baş məşqçi üçün 10 milyonluq bonus

ESTAFET/ “Mançester Yunayted”in yeni baş məşqçisi Ralf Ranqnik böyük məbləğdə bonus qazana bilər. 63 yaşlı mütəxəssis bunun üçün Dortmund “Borussiya”sının futbolçusu Erlinq Halandı komandasına keçməyə razı salmalıdır. 

Almaniyalı çalışdırıcı əksər Avropa nəhənglərinin hədəfində olan norveçlinin transferində kömək edə bilsə, 10 milyon avro bonus alacaq. 

Ranqnik 2019-cu ildə “Zalsburq”un idman direktoru olduğu vaxtda 18 yaşlı Erlinq Avstriya klubuna keçib. Məhz almaniyalının bu transferlə bağlı qərarı gənc oyunçunun böyük ulduz olmasına təkan verib. Bu üzdən də onlar arasında əla münasibətlər davam edir.

Qeyd edək ki, hücumçunun xidmətində maraqlı olan klublar arasında favoritlər “Real”, “Mançester Siti”, “Mançester Yunayted” və PSJ-dir. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV