“Neftçi” “Sumqayıt”a, “Zirə” “Qəbələ”yə qarşı

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq. Turun ikinci günündə iki matç keçiriləcək.
Günün ilk matçında “Neftçi” “Sumqayıt”ı sınağa çəkəcək. Son çempion ən azı bir neçə saatlıq ikinci pilləyə yüksəlmək üçün qalib gəlməlidir. Qonaqlar isə qara zolaqdan çıxmaq üçün mübarizə aparacaq.
Liderin iki ən yaxın izləyicisi Zirədə görüşəcək. Qəsəbə təmsilçisi eyni xala malik olduğu “Qəbələ” ilə üz-üzə gələcək. “Neftçi” xal itirsə, bu matçda qalib gələn komanda qış fasiləsinə ikinci sırada yollanacağını rəsmiləşdirəcək.
Qeyd edək ki, turun ilk günündə “Keşlə” – “Səbail” (2:2) və “Qarabağ” – “Sabah” (5:1) matçları keçirilib.
Azərbaycan Premyer Liqası
XIII tur
5 dekabr 2021
16:00 “Neftçi” – “Sumqayıt”
Baş hakim: Vüqar Həsənli
“Bakcell Arena”
18:15 “Zirə” – “Qəbələ”
Baş hakim: Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
