AFFA-dan Ramal Hüseynova qadağa

ESTAFET/ “Səbail”in rəsmisi Ramal Hüseynov cəzalanıb. Bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Buna U-16 Liqasının ROFM – “Səbail” oyununda baş verənlər səbəb olub. Hüseynov matçın 30-cu dəqiqəsində hakimi təhqir edib və hədə-qorxu gəlib.

Bu üzdən onun 15 oyun stadiona girişinə qadağa qoyulub.

Qeyd edək ki, vaxtilə Azərbaycan millisinin şərəfini qorumuş Hüseynov paytaxt klubunda seleksiyaçı kimi çalışır.

Müəllif: Orxan NOVRUZOV