1/8 finalın təqvimi açıqlandı: Azərbaycan Kuboku

ESTAFET/ Futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib. 

Dörd qarşılaşmadan ibarət mərhələnin görüşləri iki günü əhatə edəcək.

Bu mərhələdə Premyer Liqanın dörd klubu I divizion təmsilçilərini sınağa çəkəcək. 1/8 finalın bütün matçları “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan kuboku
1/8 final
10 dekabr 2021
14:00. “Zaqatala” – “Səbail”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

17:00. MOİK – “Qəbələ”
“Dalğa Arena”

11 dekabr 2021
15:00. “Keşlə” – “Qaradağ Lökbatan”
“ASK Arena”

“Sabah” – “Kəpəz”
18:00. “Bank Respublika Arena”

Müəllif: Natiq NƏSİROV