“Dembele oyunçu kimi Mbappedən yaxşıdır”: Laporta

ESTAFET/ “Usman Dembele ilə çox yaxşı münasibətlərimiz var. Onun özü də komandada qalmaq istəyir”. Bunu “Barselona” prezidenti Joan Laporta deyib.

O, müqaviləsinin uzadılması ilə bağlı razılığa gəlməkdə çətinliklə üzləşdikləri Usman Dembele haqda fikirlərini açıqlayıb. Laporta fransalını həmyerlisi Kilian Mbappe ilə də müqayisə edib: “Biz də istəyirik ki, Usman qalsın. O, əla oyunçudur. Vəziyyət agentlərlə danışıqların olmasını tələb edir. Agentlər futbolçuları üçün ən yaxşısını istəyirlər. Dembele oyunçu kimi Mbappedən yaxşıdır”.

 

Müəllif: Natiq NƏSİROV