"Neftçi" Azərbaycan kubokunun qalibi oldu

ESTAFET/ Cüdo üzrə Azərbaycan kuboku başa çatıb. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın 3-cü günündə daha 6 çəki üzrə mükafatçılar bəlli olub.
Ümumi nəticəyə görə “Neftçi İdman Klubu” 1-ci, “Atilla” İdman Klubu 2-ci və Təhsil Uşaq-Gənclər İdman Sağlamlıq Mərkəzi (Sumqayıt şəhəri) 3-cü yerə layiq görülüblər.
Qeyd edək ki. ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilən yarışda ölkəmizin 52 şəhər və rayonundan 57 qadın və 250 kişi olmaqla, ümumilikdə 307 nəfər cüdoçu iştirak edib.
Qadınlar
57 kq
1. Fidan Əlizadə (İşıqlı Azərbaycan İdman Klubu)
2. Elmira Mustafayeva (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Bakı)
3. Gülnarə Bayramova (Şahin İdman Klubu)
3. Rita Əliyeva (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)
78 kq
1. Aytəkin Paşazadə (Zirvə İdman Klubu, İsmayıllı rayonu)
2. Pərvanə Abdullayeva (Yevlax)
3. Nərgiz İbrahimova (13 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
3. Xədicə Rəşidova (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)
+78 kq
1. Nərmin Əmirli (Atilla İdman Klubu)
2. Nigar Süleymanova (Neftçi İdman Klubu)
3. Elnarə Rəşidova (İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi, Sumqayıt şəhəri)
Kişilər
73 kq
1. Nəriman Mirzəyev (Neftçi İdman Klubu)
2. Zaməddin Poladov (Daxili İşlər Nazirliyi İdman Cəmiyyəti, Sumqayıt şəhəri)
3. Məmmədrza Hacızadə (Sərhədçi Olimpiya İdman Mərkəzi)
3. Qadir Hüseynov (13 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Nizami rayonu, Bakı)
100 kq
1. Adil Kərimli (Neftçi İdman Klubu, Sumqayıt şəhəri)
2. Sabir İsayev (Təhsil İdman Sağlamlıq Mərkəzi, Sumqayıt şəhəri)
3. Hüseyn Dadaşov (Neftçi İdman Klubu)
3. Ruslan Nəsirli (Atilla İdman Klubu)
+100 kq
1. İmran Yusifov (Qəbələ İdman Klubu, Qəbələ şəhəri)
2. Camal Feyziyev (Neftçi İdman Klubu)
3. Kənan Nəsibov (Kanokan-TT İdman Klubu)
3. Şahin Qəhrəmanov (Neftçi İdman Klubu)
