Əhmədzadə tibbi müayinədən keçmək üçün Bakıda

ESTAFET/ Ukraynanın “Minay” klubunun hücumçusu Rüstəm Əhmədzadə Bakıdadır. Ukrayna mətbuatının məlumatına görə, 21 yaşlı forvard “Qarabağ”a transferini rəsmiləşdirmək üçün paytaxtımıza gəlib.

Həmkarlarımızın yazdığına əsasən, Azərbaycan millisinin üzvü bu gün və ya sabah Ağdam klubunda tibbi müayinədən keçəcək. Əgər səhhətində hər hansı bir problem aşkar olunmasa, rəsmi sözləşməyə qol çəkəcək.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da Rüstəm Əhmədzadənin transferində “Minay”la anlaşdıqlarını təsdiqləyib. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV