“Neftçi” “Qəbələ”dən daha 2 futbolçu istəyir

ESTAFET/ “Neftçi”nin maraq dairəsinə düşən legionerlərin siyahısı bir qədər də genişlənib. Bakılılar siyahıya daha 2 ad əlavə edib.

Maraqlıdır ki, “ağ-qaralar”ın xidmətinə ehtiyac duyduğu yeni isimlər də “Qəbələ”nin formasını geyinir. Paytaxt təmsilçisinin braziliyalı müdafiəçi Renato Ruanın ardınca şimali makedoniyalı yarımmüdafiəçi İsnik Alimi və braziliyalı hücumçu Rafael Utrixi də gündəminə alıb.

Artıq “Qəbələ”də bundan xəbərdardırlar və reallıqla barışıblar. Sadəcə, istəkləri budur ki, keçidin baş tutması üçün mövsümün sona çatmasını gözləsinlər.

“Neftçi” ilə “Qəbələ” arasında futbolçu alış-verişi geniş hal alıb. Bakılıların Baqali Dabo, Vojislav Stankoviç və Stiven Monrozu əyalət təmsilçisindən dəvət etməsini yada salmaq kifayətlidir (sportinfo.az).

Müəllif: Bəhruz MƏMMƏDOV