"Kifayət qədər balanslı qrupda mübarizə aparacağıq”: de Byazi
ESTAFET/ "Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq”. Bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
İtaliyalı mütəxəssis futbol üzrə UEFA Millətlər Liqasının bugünkü püşkatmasını dəyərləndirib: “Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".
Qeyd edək ki, yığmamız Slovakiya, Belarus və Qazaxıstan – Moldova cütünün qalibi ilə rəqib olub.