Rüstəm Əhmədzadə rəsmən "Qarabağ"da

ESTAFET/ Ukraynanın "Minay" klubunun futbolçusu Rüstəm Əhmədzadənin "Qarabağ"a keçidi rəsmiləşib. Ağdam klubu gənc hücumçunun transferini rəsmən açıqlayıb.
Azərbaycan millisinin 20 yaşlı oyunçusu qış fasiləsindən sonra "Qarabağ"ın formasını geyinəcək. Onunla 2026-cı ilin iyunun 30-a qədər müqavilə bağlanılıb.
Əhmədzadə yeni komandasında 97 nömrəli formanı geyinəcək.

