Vasif ilk günü liderlər qrupunda başa vurdu

ESTAFET/ Xəbər verdiyimiz kimi, Polşanın Katovitse şəhərində şahmatın blits və rapid növləri üzrə Avropa çempionatı davam edir. Qitə birinciliyində ölkəmizi Vasif Durarbəyli təmsil edir. 

Bu gün yarış iştirakçıları şahmatın rapid növündə mübarizəyə başlayıblar. Gün ərzində şahmatçılar 6 turda qarşılaşıblar. Keçirdiyi 6 görüşdən 5 xal (4 qələbə, 2 heç-heçə) toplayan təmsilçimiz günü liderlər qrupunda bitirib.  

Sabah keçiriləcək qarşılaşmalarla Avropa çempionatına yekun vurulacaq. 

Xatırladaq ki, dünən keçirilən blits yarışında Vasif Durarbəyli 14 xalla çempionatı 22-ci sırada bitirib.

Müəllif: Natiq NƏSİROV