IBA prezidenti Azərbaycana gəlir

ESTAFET/ Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, İBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.
O, səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşəcək. Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın çalışdırıcıları ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.
Qeyd edək ki, İBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.
