Bakıda keçiriləcək “Böyük dəbilqə”nin tarixi bəlli oldu

ESTAFET/ Bakıda keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirinin tarixi bəlli olub. Ənənəvi turnir gələn ilin payızında baş tutacaq.

Yarışa noyabrın 4-də start veriləcək. Üç gün davam edəcək turnir ayın 6-da başa çatacaq.

Qeyd edək ki, bu il keçirilən turnir noyabrın 5-7-də təşkil olunub.

Müəllif: Natiq NƏSİROV