AFFA Sadıxova Bakıda ev aldı

ESTAFET/ Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Rəhim Sadıxovun kirayədə qaldığı illər geridə qalıb.
25 yaşlı yarımmüdafiəçi Bakıda mənzil alıb.
Ona bu problemin həllində AFFA hərtərəfli köməklik göstərib.
Qurum Rusiyada doğulan və 3 il öncə Azərbaycana köçən Sadıxovun mənzilə görə ödədiyi məbləğin əhəmiyyətli hissəsini öz hesabından qarşılayıb. (sportinfo.az)
