Suares üçün Braziliya variantı

ESTAFET/ “Atletiko”nun futbolçusu Luis Suaresin karyerasını Braziliyada davam etdirmək variantı yaranıb. Uruqvaylı hücumçu “Korintians”ın hədəfindədir.

A seriyası təmsilçisi 34 yaşlı forvarda müqavilə təklif etməyə hazırdır. MLS klublarının da maraq dairəsində olan Suares daha yüksək səviyyədə çıxışını davam etdirmək əzmindədir. O, “Atletiko” ilə müqaviləni uzatmaq arzusunda olsa da, bu məsələ daha çox klubun istəyindən asılıdır.

Qeyd edək ki, müqaviləsi yayda başa çatacaq futbolçu mövsümün 23 matçında 8 qol vurub.

 

Müəllif: Orxan NOVRUZOV