Millimizin sabiq üzvü klubundan ayrıldı

ESTAFET/ Azərbaycan millisinin sabiq futbolçusu Pavel Paşayev komandasını tərk edib. 33 yaşlı müdafiəçi “VPK-Aqro”dan ayrılıb.
Birinci liqa təmsilçisi cinah oyunçusuna mövsümün sonuna qədər komandada qalmağı təklif etsə də, Paşayev razılıq verməyib. Onun karyerasını Ukraynadan kənarda davam etdirməsi gözlənilir. “VPK-Aqro”ya bu ilin yayında “Aleksandriya”dan keçən sabiq “Qəbələ”li cari mövsüm 12 oyunda iştirak edib.
Qeyd edək ki, Pavel Paşayev 2016-2019-cu illərdə Azərbaycan millisinin heyətində 20 oyun keçirib. (apasport.az)

