Yığmamızın sabiq futbolçusu “Olimpiakos”la anlaşdı
ESTAFET/ “Səbail”in futbolçusu Turan Manafov legioner həyatı yaşayacaq. 24 yaşlı müdafiəçi karyerasını Yunanıstanda davam etdirəcək.
Gənclər millimizin sabiq üzvü Volos “Olimpiakos”u ilə anlaşıb. Yunanıstanın ikinci liqa təmsilçisi cinah oyunçusu ilə müqavilənin şərtlərini razılaşdırıb. Onun yaxın günlərdə Volosa yollanması və tibbi müayinədən keçməsi gözlənilir. Manafov daha sonra yeni komandasına qoşulacaq.
Qeyd edək ki, 2019-cu ildən “Səbail”də çıxış edən Turan Manafov cari mövsüm Premyer Liqada 14 oyun keçirib, 1 qol vurub. Onun bakılılarla müqavilə müddəti mövsümün sonuna qədər idi. (apasport.az)