Xavidən Dembeleyə ultimatum

ESTAFET/ “Dembele ilə bağlı çətin və qarışıq vəziyyət yaranıb”. Bunu “Barselona”nın baş məşqçisi Xavi Ernandes komandanın yarımmüdafiəçisi Usman Dembele ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Gənc mütəxəssis Fransa millisinin üzvünün yeni müqavilə məsələsinə tezliklə aydınlıq gələcəyini söyləyib. Xavi 25 yaşlı ön xətt oyunçusuna çox vaxt verildiyini düşünür: “Usman qalmaq istədiyini desə də, bu yöndə heç nə etmir. Klub belə qənaətə gəlib ki, müqaviləni yeniləməsə, necəsə həll yolu tapılacaq. Onu çox gözlədik, danışıqlar beş ay davam etdi. Klubun maraqları hər şeydən üstündür. Dembele ya müqaviləni uzadacaq, ya da qış fasiləsində satılacaq. Onun sözləşməni uzatmasa, burada qalıb mövsümün sonuna qədər tribunaya göndərilməsi variantına baxılmır”.

Qeyd edək ki, Usman Dembelenin “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.

Müəllif: Natiq NƏSİROV