“Barselona”da daha bir itki

ESTAFET/ İspaniya “Barselona”sı daha bir itki ilə üzləşib. Memfis Depay kubokun 1/8 final mərhələsinin “Atletik”lə matçını buraxacaq.

Niderlandlı hücumçu komandasının bugünkü məşqini də buraxıb. 27 yaşlı forvard fitnes zalında fərdi məşqlərlə kifayətlənib.

Bu görüşdə Martin Braytveytin yenidən heyətə qayıtması gözlənilir. Zədə səbəbindən avqustdan sonra meydana çıxmayan hücumçu bu Bilbao təmsilçisi ilə qarşılaşmaya hazırdır.

Müəllif: Natiq NƏSİROV