Pinoya üç namizəd

ESTAFET/ “Vilyarreal”ın futbolçusu Yeremi Pino Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Yarımmüdafiəçi artıq yayda klubunu dəyişə bilər.

Onun xidmətində “Liverpul”, “Arsenal” və “Real” maraqlıdır. Pinonun sərbəstqalma qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümün 26 oyununda 6 qol vurub. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV