3 karateçimiz Dünya Oyunlarında

ESTAFET/ Azərbaycan karateçiləri daha bir mötəbər yarışın iştirakçısı olacaq. Dünya Karate Federasiyası (WKF) İrina Zaretskanın (-68 kq), Asiman Qurbanlı (84+ kg) və Roman Heydərlinin (kata) Dünya Oyunlarına qatılacağını təsdiqləyib. 

Nüfuzlu multi-idman oyunlarının kişi və qadınlar arasında bütün çəki dərəcələri və kata yarışlarının hər birində 8 idmançı olmaqla 96 karateçi mübarizə aparacaq. Bu il Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində qarşıdakı Dünya Oyunlarının karate yarışları 8-9 iyul tarixlərində keçiriləcək. 

İştirakçılar arasında dünya və qitələrin, eləcə də Olimpiadanın qalib və mükafatçıları yer alıb. Milli komandanın üzvləri yüksək əyarlı medallara namizədlərdən sayılır.

Müəllif: Natiq NƏSİROV