“Real” Azarı icarəyə verəcək
ESTAFET/ “Real” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayıracaq. İspaniya klubu böyük transferlər üçün maaş büdcəsini genişləndirməyin yollarını axtarır.
Qaret Beyl, Marselo və İsko azad agent kimi komandanı tərk edəcək ki, bu, “kral klubu”nu oyunçu maaşından 60 milyon avro rahatladacaq. Rəhbərlik həmçinin Eden Azar, Luka Yoviç və Mariano Diazla da vidalaşmağı planlaşdırır.
Azarla bağlı vəziyyət bir qədər çətin görünür. Çünki onun tələb etdiyi məvacibi ödəməyə hazır olan klub yoxdur. Bu üzdən madridlilər Belçika millisinin üzvünü yayda birillik icarəyə verəcək və maaşının bir hissəsini ödəməyə razı olacaq. (apasport.az)