Dembeledən imtina qərarı

ESTAFET/ “Barselona”nın futbolçusu Usman Dembele “Çelsi”dən aldığı təklifi cavablandırıb. Fransalı vinger İngiltərə klubuna keçməyəcək.
Londonlular yayda “Barselona” ilə müqaviləsi başa çatacaq 24 yaşlı oyunçunu azad agent kimi heyətinə qatmağı planlaşdırırdı. Lakin Usman aldığı təklifə imtina ilə cavab verib.
Qeyd edək ki, Dembele cari mövsüm “Barselona”da keçirdiyi 22 matçda 2 qol və 10 assistə imza atıb. (apasport.az)
