Braziliya millisinə yeni baş məşqçi gətirilir

ESTAFET/ “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni təklif alıb. İspaniyalı mütəxəssisin xidmətində Braziliya Futbol Konfederasiyası maraqlıdır.
Qurum Qvardiolanı Braziliya millisinə baş məşqçi təyin etmək istəyir. Konfederasiya rəhbərliyi onu bu posta ideal namizəd sayır.
Qvardiola DÇ-2022-dən sonra millidən gedəcək Titeni əvəzləməlidir. Artıq mütəxəssisin agenti olan qardaşı ilə əlaqə saxlayan braziliyalılar ona DÇ-2026-nın sonuna qədər müqavilə təklif edib. O, təklifi qəbul etsə, vergilər çıxıldıqdan sonra 12 milyon avro qazanacaq.
