Səlahət Ağayev bölgə klubuna keçir?

ESTAFET/ “Sabah”ın qapıçısı Səlahət Ağayev növbəti mövsümdən bölgə klubunda çıxış edə bilər. “Qəbələ” 31 yaşlı qolkiperin xidmətində maraqlıdır.

Son vaxtlar “Sabah”da əsas heyətə düşə bilməyən Azərbaycan millisinin qapıçısı baş məşqçi Murad Musayevin gələn mövsümlə bağlı planlarında yoxdur. Böyük ehtimalla yayda onunla yeni müqavilə imzalanmayacaq və Ağayev azad agent statusu daşıyacaq.

Onu heyətinə cəlb etmək istəyən ilk klub isə “Qəbələ”dir. “Qırmızı-qaralar”ın hazırkı əsas qapıçısı Nicat Mehbalıyevin icarə müqaviləsi yayda bitir və onun məxsus olduğu “Sabah”a dönməsi istisna deyil. Bölgə təmsilçisi də Ağayevin əks istiqamətə hərəkət etməsinə çalışacaq.

Qeyd edək ki, Səlahət Ağayev “Sabah”a ötən ilin yayında “Neftçi”dən keçib.

Müəllif: Bəhruz MƏMMƏDOV