Avropada gənclərə ən çox güvənən 10 klub

ESTAFET/ Avropanın “böyük beşlik” ölkələrində 21 yaşı tamam olmayan futbolçulara ən çox güvənən elita klublarının adları açıqlanıb.
Araşdırma yanvarın 1-dən indiyə qədər keçirilən oyunlara əsasən aparılıb.
2022-ci ildə gənclərə ən çox etibar edən komanda “Barselona”dır. Kataloniyalılar gənclərə ən çox üstünlük verən komandaların siyahısında yeganə İspaniya təmsilçisidir. Cədvəldə Almaniya 2, İngiltərə 1 klubla təmsil olunubsa, 6 komanda Fransa Liqa1-də çıxış edir. (apasport.az)
1. “Barselona”
Çempionat: İspaniya La Liqası
Orta yaş: 25,5
21 yaşadək oyunçulara şans vermə faizi: 19,8
2. “Borussiya”, Dortmund
Çempionat: Almaniya Bundesliqası
Orta yaş: 25,1
21 yaşadək oyunçulara şans vermə faizi: 18,1
3. “Nitsa”
Çempionat: Fransa Liqa1-i
Orta yaş: 24
21 yaşadək oyunçulara şans vermə faizi: 17,4
4. “Sent-Etyenn”
Çempionat: Fransa Liqa1-i
Orta yaş: 25
21 yaşadək oyunçulara şans vermə faizi: 17,2
5. “Reyms”
Çempionat: Fransa Liqa1-i
Orta yaş: 23,7
21 yaşadək oyunçulara şans vermə faizi: 16,9
6. “Renn”
Çempionat: Fransa Liqa1-i
Orta yaş: 23,8
21 yaşadək oyunçulara şans vermə faizi: 16,9
7. “Bayer”
Çempionat: Almaniya Bundesliqası
Orta yaş: 24,7
21 yaşadək oyunçulara şans vermə faizi: 15,4
8. “Arsenal”
Çempionat: İngiltərə Premyer Liqası
Orta yaş: 24,6
21 yaşadək oyunçulara şans vermə faizi: 13,4
9. “Monpelye”
Çempionat: Fransa Liqa1-i
Orta yaş: 24,8
21 yaşadək oyunçulara şans vermə faizi: 13,4
10. “Monako”
Çempionat: Fransa Liqa1-i
Orta yaş: 24,3
21 yaşadək oyunçulara şans vermə faizi: 13,3
