“Mançester Siti” Qvardiola ilə bağlı qərarını verdi

ESTAFET/ Pep Qvardiola daha bir neçə il “Mançester Siti”nin sükanı arxasında qala bilər. “Şəhərlilər” ispaniyalı mütəxəssislə işbirliyinin davamında maraqlıdır.

Premyer Liqa təmsilçisinin idarə heyəti onun klubdakı gələcəyini parlaq görür. Bu üzdən rəhbərlik Qvardiola ilə yeni müqavilə imzalamaq niyyətindədir. Klubla bu yöndə danışıqlar aparan çalışdırıcının menecerləri də onun yalnız “Mançester Siti”nin layihələrinə kökləndiyini düşünürlər.

Qeyd edək ki, Pepin hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Müəllif: Orxan NOVRUZOV