Suqovuşanda “Prezident Kuboku-2022” start götürdü

ESTAFET/ Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2022” reqatası start götürüb. İşğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönünümünə həsr edilib.

Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edir.

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb. 

Onlar 1 nəfərlik kanoe, 1nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər. 

Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

Müəllif: Natiq NƏSİROV