Karyerası ilə bağlı Ronaldonun qərarı
ESTAFET/ Kriştiano Ronaldo gələcək karyerası ilə bağlı qərarını verib. Portuqaliyalı ulduz daha bir mövsüm “Mançester Yunayted”də qalacaq.
37 yaşlı hücumçu bu barədə komanda yoldaşlarını da məlumatlandırıb. Ronaldo müqaviləsinin sonunadək Mançester klubunda qalmaq niyyətindədir. Cari mövsümün nəticələrindən məyus qalan portuqaliyalı komandasını Çempionlar Liqasına qaytarmaq və titullar qazanmağa iddialıdır.
Qeyd edək ki, Kriştiano 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb.