“Qarabağ”ın ÇL-də potensial rəqiblərinin sayı 10-a çatdı
ESTAFET/ “Qarabağ”ın futbol üzrə UEFA Çempionlar Liqasındakı daha iki mümkün rəqibi bəlli olub. Bunlar öz ölkələrində çempion titulunu yeni qazanan Albaniya “Tirana”sı və Kosovo təmsilçisi “Balikani”dir.
Hər iki komanda Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayacaq. Bu klublar püşkatmada səpələnməmişlər sırasında yer alacaq.
Bununla da Qurban Qurbanovun yetirmələrinə potensial rəqib olduğu dəqiqləşənlərin sayı 10-a çatıb. Ümumilikdə isə bu raundda 14 mümkün rəqib olacaq. Onlardan ikisi reytinqə görə bəlli deyilsə, Polşa çempionu hələ dəqiqləşməyib. İlkin mərhələnin qalibi də bu siyahıya qatılacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
Rumıniya çempionu
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
Səpələnməmiş
“Şaxtyor” (Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
Ermənistan çempionu
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
Polşa çempionu
“Tirana” (Albaniya)
“Balikani” (Kosovo)
İlkin mərhələnin qalibi
Qeyri-müəyyənlər
“Zrinski” (Bosniya və Herseqovina)
“Linfild” (Şimali İrlandiya)
Sloveniya çempionu
Lüksemburq çempionu