Maurinyodan açıqlama: "Getməyəcəm"

ESTAFET/ “Roma”nın baş məşqçisi Joze Mourinyo gələcəyi ilə bağlı şayiələrə aydınlıq gətirib. Portuqaliyalı mütəxəssis mövsümün sonunda İtaliya klubunu tərk etməyəcəyini açıqlayıb.

59 yaşlı çalışdırıcı komanda dəyişmək barədə düşünmədiyini vurğulayıb: “Müqaviləmin sonuna daha iki il var. Klub yeni sözləşmə ilə bağlı mənə müraciət etməyib. Hər şey sakit, stabildir. Mövsümü bacardığımız qədər yüksək pillədə başa vurmaq və növbəti mövsümə yüz faiz hazır olmaq barədə düşünürəm. Heç bir dəyişiklik axtarmıram. İkinci ilimdə klubdan ayrıla bilmərəm. Bir sözlə, gələn mövsüm də buradayam”.

Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlində “Roma”nın sükanı arxasına keçib. Paytaxt klubu A seriyasında sona 2 tur qalmış turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV