Halandın illik məvacibi müəyyənləşib
ESTAFET/ Erlinq Halandın “Mançester Siti”dəki illik məvacibi müəyyənləşib. Növbəti mövsümdən “şəhərlilər”in formasını geyinəcək 21 yaşlı forvard komandanın ən yüksək ödənişli iki oyunçusundan birinə çevriləcək.
Norveç millisinin üzvünün həftəlik maaşı 375 min funt sterlinq olacaq. O, bununla ən çox əmək haqqı qazanan yarımmüdafiəçi Kevin De Bruyne ilə eyni sayda pul alacaq. Ancaq gənc hücumçunun müqaviləsinin müddəti hələ açıqlanmayıb.
Qeyd edək ki, “Mançester Siti” dünən Erlinq Halandın transferini rəsmən açıqlayıb. Dortmund “Borussiya”sından 75 milyon avroya alınan futbolçu iyulun 1-də yeni komandasına qoşulacaq.