“Atletiko” Qrizmanndan imtina edir
ESTAFET/ Antuan Qrizmann “Atletiko”nu tərk edə bilər. Madrid klubu fransalı hücumçunun icarə müddətini artırmayacaq.
“Barselona”dan icarəyə götürülən futbolçunun yüksək maaşı “Atletiko”nu qane etmir. Hücumçuya verilən 18 milyon avronun qənaəti klubun maliyyə durumunu yaxşılaşdırmalıdır. Artıq bu barədə Qrizmann və onun nümayəndəsi rolunu yerinə yetirən bacısı da məlumatlandırılıb.
Qeyd edək ki, forvard ötən ilin sentyabrında sonradan transfer olunmaq öhdəliyi ilə bir illik icarəyə götürülüb. İcarə müqaviləsinə görə “Atletiko” hücumçunu 40 milyona ala və ya icarə müddətini bir illik artıra bilər. (apasport.az)