15 milyonluq təzminat
ESTAFET/ PSJ baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərsə, argentinalı mütəxəssisə kompensasiya ödəməli olacaq. Cənubi amerikalının ala biləcəyi təzminatın məbləği bəlli olub.
Əgər baş məşqçi bu yay vəzifəsindən azad olunsa, fransalılar 15 milyon avro ziyana düşəcək. Poçettinonun özü müqaviləni pozmaq niyyətində deyil. Bu üzdən PSJ anlaşmanı birtərəfli qaydada pozmaq üçün təzminat ödəməlidir. 2021-ci ilin yanvarında imzalanan sözləşmə 2023-cü ilin yayında başa çatacaq.
Qeyd edək ki, argentinalı PSJ ilə çempionat, kubok və Superkubokun qalibi adını qazanıb. Onun rəhbərliyi altındakı 82 matçda 54 qələbə, 13 heç-heçə və 15 məğlubiyyət qeydə alınıb. (apasport.az)