Di Mariyanın yeni klubu bilinir
ESTAFET/ PSJ-nin yarımmüdafiəçisi Anxel Di Mariyanın yeni klubu böyük ölçüdə məlumdur. Argentina millisinin üzvü “Yuventus”a keçməyə hazırlaşır.
34 yaşlı hücumameylli oyunçu turinlilərlə müqavilə imzalamağa yaxındır. Bir müddətdir tərəflər arasında danışıqlar gedir. Di Mariyanın keçidinin gələn həftə rəsmən açıqlanması gözlənilir.
Qeyd edək ki, Anxelin Fransa çempionu ilə sözləşməsi mövsümün sonuna qədərdir. O, cari mövsüm Liqa 1-də 24 oyunda 3 qol vurub, 6 assist edib.