Vauçerlərin biletlərə dəyişdirilməsinə start verildi - Formula 1
ESTAFET/ Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bildirir ki, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet alan şəxslər artıq əldə olunan vauçerləri elektron biletlərə dəyişə bilərlər. Vauçerlərin dəyişdirilməsi prosesi 12 iyun tarixinədək davam edəcək.
Vauçerləri əldə etmiş bilet sahibləri www.bakucitycircuit.com veb səhifəsindən şəxsi hesablarına daxil olaraq elektron bileti yükləyə bilərlər. Yalnız vauçer üzərində adı qeyd edilən şəxslər həmin vauçeri elektron bilet ilə dəyişə bilər. Elektron biletləri yarış və əyləncə zonasının girişindəki bilet satış məntəqələrindən, eləcə də şəhərin kassalarından əldə etmək mümkündür.
Satış məntəqəsinə yaxınlaşan şəxslərdən vauçeri və şəxsiyyət vəsiqələrini təqdim etmələri xahiş olunur. Aşağıdakı cədvəldə bilet satışı məntəqələrinin ünvanları təqdim olunur:
1. 28 Mall - Azadlıq pr. 15A/4, Bakı, Azərbaycan. İş vaxtı 10:00 - 22:00
2. Gənclik Mall - F. Xoyski 38, Gənclik m/s. Bakı, Azərbaycan. İş vaxtı 10:00 - 22:00
3. Heydər Əliyev Sarayı - Bül-Bül pr.35, Bakı, Azərbaycan. İş vaxtı 11:00 - 19:00
4. Köşk 1 (Azərbaycan kinoteatrı) - M.Ə. Rəsulzadə (Azərbaycan kinoteatrı). İş vaxtı 11:00 – 20:00
5. Köşk 2 (Nizami küçəsi) - Bül-Bül pr., Nizami küçəsi, Bakı, Azərbaycan. İş vaxtı 10:00 - 19:00
6. ASAN 2 - AMAY Ticarət Mərkəzi, 2-ci mərtəbə, 8 Noyabr Prospekti 23.
İş vaxtı: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə), 10:00 – 17:00 (Şənbə – Bazar)
7. ASAN 3 - Abbas Mirzə Şərifzadə küç. 157, Yasamal, Bakı, Azərbaycan.
İş vaxtı: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə), 10:00 – 17:00 (Şənbə – Bazar)
8. ASAN 4 - Sülh 197, Bakıxanov, Sabunçu, Bakı, Azərbaycan
İş vaxtı: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə), 10:00 – 17:00 (Şənbə – Bazar)
9. ASAN Sumqayıt - 15-ci məhəllə, 42d, Bakı küçəsi, Sumqayıt
İş vaxtı: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə), 10:00 – 17:00 (Şənbə – Bazar)
Qeyd edək ki, yarış və əyləncə zonasına vauçerlə giriş qeyri-mümkündür.
Bakı Şəhər Halqası builki yarışa bilet almış hər bir şəxsə mübadilə prosesini gecikdirməməyi tövsiyə edir.
Xatırladaq ki, hazırda bilet satışı şəhərin kassalarında və eləcə də onlayn formada davam edir. Biletlər və tribunalar ilə bağlı ətraflı məlumat üçün www.bakucitycircuit.com veb səhifəsini ziyarət edə bilərsiniz.
Həmçinin, məlum olduğu kimi, elektron biletin üzərində barkod mövcuddur. Tədbirə bir bilet ilə yalnız bir tamaşaçı daxil ola bilər. Eyni biletin birdən çox nüsxəsi təqdim olunduqda yalnız ilk skan olunmuş bilet etibarlı hesab ediləcək. Bu baxımdan azarkeşlərin bilet üzərindəki məlumatları məxfi saxlaması vacibdir.