"Sabah"da növbəti ayrılıq

ESTAFET/ “Sabah” daha bir futbolçusu ilə yollarını ayırıb. Klubun mətbuat xidmətinin məlumatına görə, Şpiro Periçiç paytaxt təmsilçisi ilə vidalaşıb.

28 yaşlı müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Bu üzdən xorvatiyalı oyunçu azad agent statusu alıb. Periçiç “Sabah”a ötən ilin yayında “Maribor”dan keçmişdi.

Qeyd edək ki, “Sabah” buna qədər digər müdafiəçisi Slavik Alxasovla da sağollaşıb.

Müəllif: Natiq NƏSİROV