“Şamaxı” baş məşqçi seçimini etdi
ESTAFET/ “Şamaxı” baş məşqçi ilə bağlı qərarını verib. Bu ildən bölgə təmsilçisinə çevrilən klub Rüstəm Əliyevi postunda saxlayıb.
Klubun İdarə Heyəti gənc mütəxəssisin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib. Əliyevlə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, “Şamaxı” 2021/22 mövsümünü 22 xalla 7-ci pillədə tamamlayıb. Rüstəm Əliyev mövsümün sonlarında baş məşqçi səlahiyyətini müvəqqəti icra edib.