Hakimlik üçün seminara yekun vurulub
ESTAFET/ Azərbaycan Həndbol Federasiyasının hakim vəzifəsinə namizədlərin seçilməsi üçün təşkil etdiyi seminara yekun vurulub.
Seminar hakimlik və yarış qaydalarında olan yenilikləri iştirakçıların diqqətinə çatdırmaq məqsədi daşıyırdı.
Sonda 30-a yaxın namizəd imtahan verib.
Fərqlənənlərə AHF-nin sertifikatlarını təqdim edən Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov və həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina onları təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İki gün davam edən seminarın lektorları beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi olub.
Qeyd edək ki, AHF tərəfindən analoji seminarların davamlı olaraq təşkil olunması nəzərdə tutulub.