FIDE may ayının reytinq siyahısını elan edib

ESTAFET/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2022-ci ilin may ayı üçün reytinq siyahını açıqlayıb.

Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov 2 751 xalla 14-cü sırada qərarlaşıb. 2 753 xalı olan digər təmsilçimiz Teymur Rəcəbov 13-cü yerdədir. Azərbaycan yığmasında çıxış edən şahmatçılardan Qədir Hüseynov (2 668) 78-ci, Rauf Məmmədov (2 656) isə 88-ci pillədədir. 

İlk üçlükdə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 864 xalla birinci pillədəki yerini qoruyur. 2 806 xalı olan çinli Dinq Liren ikinci, Fransa təmsilçisi Alireza Firuzcanı (2 793) 3-cü sırada yer alıb.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 454) 26-cı, Gövhər Beydullayeva (2 390) 59-cu sıraya yüksəlib. Gülnar Məmmədova (2 380) siyahıda 68-ci yeri tutur.

Müəllif: Natiq NƏSİROV