AKAF açıq mətbuat konfransı təşkil edəcək
ESTAFET/ Bugün Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının media üçün açıq mətbuat konfransı təşkil ediləcək. Mətbuat konfransı saat 15:00-da Dənizkənarı Milli Park ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə baş tutacaq. Tədbir zamanı Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının cari il ərzində gördüyü işlər və gələcək planları haqqında məlumat verilməklə bərabər KİV nümayəndələrinin sualları cavablandırılacaq. Həmçinin federasiyanın yeni rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə baş tutacaq bu tədbirdə avarçəkmə qayıqları “Kiçik Venesiya şəhərciyi” ərazisindəki suda nümayiş etdiriləcək. Burada əsas məqsədlərdən biri paytaxt Bakıda yaşayan uşaqlar və yeniyetmələr arasında avarçəkməyə marağı daha da artırmaq, eyni zamanda onları bu idman növünə cəlb etməkdir.