Qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib
ESTAFET/ Dünən Memarlıq və İnşaat Universitetinin idman zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib. Yarışın açılış mərasimindən sonra qılıncoynatmanın sablya növü üzrə qaliblər müəyyənləşib:
Sablya
Kişilər:
1. Murad Əkbərov
2. Maqsud Hüseynli
3. Nahid Məmmədli, Saleh Məmmədov
Qadınlar:
1. Valeriya Bolşakova
2. Sevil Bünyatova
3. Anna Başta, Palina Kaspiaroviç
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub. Diplom və medalları mükafatçılara Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Balakişi Qasımov, vitse-prezidentlər Fərhad Kasimov və Fikrət Zeynalov, federasiya prezidentinin məsləhətçisi Yaşar Məmmədov təqdim edib. Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan Azərbaycan çempionatının birini yarış günündə ilk 3 yerin sahibləriə qiymətli hədiyyələr və pul mükafatları verilib.
Qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah yekun vurulacaq. Son yarış günündə qılıncoynatmanın şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.