Nadalın 14-cü zəfəri - Roland Garros

ESTAFET/ Tennisin ispaniyalı canlı əfsanəsi Rafael Nadal karyerasında 14-cü dəfə "Roland Garros" turnirinin qalibi olub. 

36 yaşlı raketka ustası final görüşündə gənc norveçli Kasper Ruuda heç bir şans verməyib və çox asan qələbə qazanıb – 6:3, 6:3, 6:0.

Bu, ispan tennisçinin “Böyük Dəbilqə” seriyasında 22-ci qalibiyyəti olub. O, iki dəfə Australian Open, iki dəfə Uimbldon, dörd dəfə isə US Open turnirində baş mükafata sahib çıxıb.

Nadal həmçinin kişilərin yarışında bu turniri qələbə ilə başa vuran ən yaşlı tennisçi olub.

Müəllif: Natiq NƏSİROV